Timeline.azMarketinq, HR və biznes xidmətləri
Pərakəndə · Azərbaycan · 28.10.2026 · 5 dəq oxu

Azərbaycan pərakəndəsi 2026: kim böyüyür, kim geri çəkilir

Pərakəndə dövriyyəsi 8 ayda 44,3 mlrd manata çatıb, qeyri-qida qidadan təxminən beş dəfə sürətli böyüyür. Tamstore iki ildə mağaza sayını 45-dən 100-ə çatdırıb. Şəbəkələr üzrə rəqəmlər, trendlər və mənbələr.

Asiman Abdullayev

2026-cı ildə Azərbaycan pərakəndəsi iki fərqli sürətlə hərəkət edir. Bazar bütövlükdə sakit, real ifadədə təxminən 4% böyüyür. Amma bu orta rəqəmin içində qeyri-qida məhsulları sürətlənir, qida isə demək olar ki, yerində sayır. Şəbəkələr arasında da mənzərə eynidir: bir qrup oyunçu mağaza açır, yeni formatlar və rəqəmsal xidmətlər qurur, digərləri isə yenidən qurulur və ya kiçilir.

Azərbaycan pərakəndəsi: əsas rəqəmlərDəyişim — real ifadədə, ötən ilin eyni dövrünə nisbətən
Pərakəndə dövriyyəsi, 202567,6 mlrd ₼▲ +3,8%2024: 62,2 mlrd ₼
Dövriyyə, yanvar–avqust 202644,3 mlrd ₼▲ +3,9%ötən ilin eyni dövrünə nisbətən
Qeyri-qida, yanvar–avqust 202620,2 mlrd ₼▲ +6,9%qidadan təxminən 5 dəfə sürətli artım
Qida, içki və tütün, yanvar–avqust 202624,1 mlrd ₼▲ +1,4%
Müəssisələrin payı, 202528,4%▲ +1,3 f.b.qalan 71,6% — fərdi sahibkarlar və bazarlar
Mənbələr: Azstat, Trend (Azstat), 11.09.2026 · Məlumat tarixi: 11.09.2026 · Cədvəl və CSV

Bazar: 67,6 milyard manat və sabit artım

2025-ci ildə pərakəndə ticarət dövriyyəsi 67,6 mlrd manat olub və real ifadədə 3,8% artıb. Cari qiymətlərlə hesablasaq, 2021-ci ildən bəri bazarın həcmi 44,2 mlrd manatdan 67,6 mlrd manata — təxminən yarıbayarım dəfə böyüyüb. Bu artımın bir hissəsi qiymətlərin özündən gəlir, ona görə real artım göstəricisi daha dürüst ölçüdür.

Pərakəndə ticarət dövriyyəsi, 2021–2025Cari qiymətlərlə · mlrd ₼
0204060802021: 44,2 mlrd ₼44,220212022: 52,2 mlrd ₼52,220222023: 59,0 mlrd ₼59,020232024: 62,2 mlrd ₼62,220242025: 67,6 mlrd ₼67,62025
0204060802021: 44,2 mlrd ₼44,220212022: 52,2 mlrd ₼52,220222023: 59,0 mlrd ₼59,020232024: 62,2 mlrd ₼62,220242025: 67,6 mlrd ₼67,62025
Mənbə: Azstat · Məlumat tarixi: 30.06.2026 · Cədvəl və CSV

Qidanın dövriyyədəki payı son beş ildə 54,3–56,3% arasında dəyişib: pik 2022-ci ildə olub (56,3%), 2025-ci ildə isə 54,6%-dir. 2022-ci ildən bəri alıcının səbəti yavaş-yavaş qeyri-qidaya doğru sürüşür.

2026: qeyri-qida sürətlənir, qida yerində sayır

Yanvar–avqust 2026-da pərakəndə dövriyyəsi 44,3 mlrd manat olub, real artım 3,9%. Bunun 24,1 mlrd manatı qida, içki və tütün məhsullarının payına düşür (+1,4%), 20,2 mlrd manatı isə qeyri-qida məhsullarınadır (+6,9%). Bu fərq təsadüfi deyil: ilin əvvəlindən hesablanan bütün açıqlanmış dövrlərdə qeyri-qida 6,5–6,9%, qida isə cəmi 1,2–1,5% artıb.

2026: qeyri-qida qidadan sürətli böyüyürPərakəndə dövriyyəsinin real artımı, ilin əvvəlindən, ötən ilin eyni dövrünə nisbətən · %
  • Qeyri-qida
  • Ümumi dövriyyə
  • Qida, içki, tütün
0%2%4%6%8%Yan–fevYan–marYan–mayYan–iyunYan–avq6,9%3,9%1,4%
0%2%4%6%8%Yan–fevYan–marYan–mayYan–iyunYan–avq6,9%3,9%1,4%
Mənbələr: Azstat, Azstat, 01–02.2026, Azstat, 01–03.2026, Azstat, 01–05.2026, Trend (Azstat), 01–08.2026 · Məlumat tarixi: 11.09.2026 · Cədvəl və CSV

Hər sakin ayda orta hesabla 538,6 manat pərakəndə xərc edib: 293,1 manatı qida, içki və tütünə, 245,5 manatı qeyri-qida məhsullarına. Xərclərin yarısı hələ də ərzaqdır, ikinci böyük kateqoriya isə geyim və ayaqqabıdır.

Pərakəndə xərclərinin strukturuYanvar–avqust 2026, dövriyyədə pay · %
Ərzaq məhsullarıƏrzaq məhsulları: 50,1%50,1%Toxuculuq, geyim, ayaqqabıToxuculuq, geyim, ayaqqabı: 12,7%12,7%Avtomobil yanacağıAvtomobil yanacağı: 6,1%6,1%Elektrik malları və mebelElektrik malları və mebel: 4,9%4,9%İçki və tütünİçki və tütün: 4,3%4,3%Əczaçılıq məhsullarıƏczaçılıq məhsulları: 2,7%2,7%Kompüter, telekom, çapKompüter, telekom, çap: 1,6%1,6%Digər qeyri-qidaDigər qeyri-qida: 17,6%17,6%
Ərzaq məhsullarıƏrzaq məhsulları: 50,1%50,1%Toxuculuq, geyim,ayaqqabıToxuculuq, geyim, ayaqqabı: 12,7%12,7%AvtomobilyanacağıAvtomobil yanacağı: 6,1%6,1%Elektrik mallarıvə mebelElektrik malları və mebel: 4,9%4,9%İçki və tütünİçki və tütün: 4,3%4,3%ƏczaçılıqməhsullarıƏczaçılıq məhsulları: 2,7%2,7%Kompüter,telekom, çapKompüter, telekom, çap: 1,6%1,6%Digər qeyri-qidaDigər qeyri-qida: 17,6%17,6%
Mənbə: Trend (Azstat) · Məlumat tarixi: 11.09.2026 · Cədvəl və CSV

Marketoloq üçün bunun mənası sadədir: qida şəbəkələrində bazarın özü az böyüyür, ona görə artım rəqibin payından gəlməlidir. Bu da loyallıq proqramlarına, öz brendlərə və yeni formatlara olan yarışı izah edir.

Mütəşəkkil pərakəndənin payı artır

2025-ci ildə dövriyyənin 28,4%-i müəssisələrin — yəni şəbəkələrin və digər hüquqi şəxslərin payına düşüb. Bir il əvvəl bu rəqəm 27,1% idi. Qalan 71,6% hələ də fərdi sahibkarların və bazarların əlindədir. Son illərin əsas trendi köşklərin və kiçik dükanların yerini müasir supermarket və hipermarketlərin tutmasıdır. Ölkənin ticarət şəbəkələrində 50 mindən çox insan çalışır.

Şəbəkələr: kim nə edir

Şəbəkələrin mağaza sayı: son açıqlanan rəqəmlər“+” — mənbədə “...-dən çox” yazılıb. Tarixlər və mənbələr fərqlidir.
ŞəbəkəMağaza sayı
OBA1 5001 500+ · şirkətin saytı, oktyabr 2026
AL Market800800+ · şirkətin saytı, oktyabr 2026
Araz Supermarket300300+ · FED.az, yanvar 2026 (şirkətin saytında 345+)
Bravo150təxminən 150 · FED.az, aprel 2026
Rahat102102 · FED.az, oktyabr 2024
Tamstore100100 · Trend, 26.08.2026
Bazarstore9999-cu mağaza · FED.az, yanvar 2025; sonra yeni açılışlar
Neptun2525 · FED.az, oktyabr 2024
MegaStore2121 · FED.az, oktyabr 2024
Bolmart2020+ · Qafqazinfo, oktyabr 2025
Grandmart1010+ · Banker.az, aprel 2026
Mənbələr: OBA, AL Market, FED.az, 28.01.2026 (Araz), FED.az, 22.04.2026 (Bravo), FED.az, 07.10.2024, Trend, 26.08.2026 (Tamstore), FED.az, 28.01.2025 (Bazarstore), Qafqazinfo, 27.10.2025 (Bolmart), Banker.az, 08.04.2026 (Grandmart) · Məlumat tarixi: 23.10.2026 · Cədvəl və CSV

Tamstore — ilin ən sürətli böyüyəni

Avrora Group-un şəbəkəsi ilk mağazasını 2023-cü ilin noyabrında Sumqayıtda açıb. 2024-cü ilin oktyabrında 45, 2025-ci ilin sonunda 86 mağazası var idi. 26 avqust 2026-da Binəqədidə 100-cü mağaza açıldı və üç illik hədəfə vaxtından əvvəl çatıldı. Mağazaların 56-sı Bakıda, 8-i Abşeronda, 6-sı Sumqayıtda, 2-si Naxçıvanda, 28-i isə regionlardadır.

Tamstore: iki ildə 45-dən 100 mağazayaMağaza sayı
0255075100Okt 2024: 4545Okt 2024Dek 2025: 8686Dek 2025Avq 2026: 100100Avq 2026
0255075100Okt 2024: 4545Okt 2024Dek 2025: 8686Dek 2025Avq 2026: 100100Avq 2026
Mənbələr: Trend, 26.08.2026, FED.az, 07.10.2024, Marja.az, 19.08.2026 · Məlumat tarixi: 26.08.2026 · Cədvəl və CSV

Bravo — premium format və onlayn

Bravo 2024-cü ilin oktyabrında 137 mağaza ilə idi. 2025-ci ildə 12 yeni mağaza açıb, ili 145 mağaza ilə bağlayıb, 2026-cı ilin aprelində isə təxminən 150 mağaza və 4 300 əməkdaşla fəaliyyət göstərir. 2025-ci ildə şəbəkə ilk BRAVO PREMIUM mağazasını (Sea Breeze) açıb, BRAVO ONLINE ilə loyallıq və onlayn alış-verişi bir tətbiqdə birləşdirib və təxminən 200 yeni öz brend məhsulu çıxarıb.

Bazarstore — regionlara doğru

Azərsun Holdinqin şəbəkəsi 99-cu mağazasını 2025-ci ilin yanvarında Ağdaşda açıb. Sonra Beyləqan (dekabr 2025), Gəncədə 8-ci (mart 2026) və Şəkidə 3-cü (aprel 2026) mağazalar gəlib. Onlayn mağaza sifarişləri bir gün ərzində çatdırır.

Araz — texnologiya və istehsal

Araz üzrə mağaza sayı mənbələrdə fərqlidir: media 2024-cü ildə 400-dən çox, 2026-cı ilin yanvarında 300-dən çox mağaza yazır, şirkətin saytında isə 345+ göstərilib. Ona görə burada say üzrə nəticə çıxarmıram. Amma 2026-cı ilin əsas yenilikləri aydındır: 5 mağazada PalmPay ilə ovucla ödəniş, Apple və Google Wallet-də müştəri kartı, korporativ hədiyyə kartları, Masallı fermerlərinin kartofu və oktyabrda açılan APACK qablaşdırma müəssisəsi (4 800 m², 52 əməkdaş). Öz brend xətti 25 kateqoriyada 1 000-dən çox məhsuldur. 2025-ci ildə Araz supermarket şəbəkələri arasında ən çox vergi ödəyən şirkət olub — 46,4 mln manat.

OBA — miqyas

OBA ölkənin ən böyük şəbəkəsidir: 1 500-dən çox mağaza və 10 mindən çox əməkdaş. 1 500-cü mağaza 2024-cü ilin dekabrında Naxçıvanda açılıb. Şəbəkə pərakəndədə ilk startap dəstək proqramını da başladıb.

AL Market — yenidən qurulma

Azərsunun diskaunteri 2025-ci ildə mağazalarını yeniləyib, standartlara cavab verməyən bəzi filialları bağlayıb və rəhbərini dəyişib. Şirkətin saytında 800-dən çox mağaza göstərilir.

Grandmart, Bolmart və MegaStore — ayrı yollar

2022-ci ildə bu brendlər bir şəbəkə kimi təqdim olunurdu (80 filial, Bizim Market qoşulandan sonra 96). İndi onlar fərqli sahibləri olan ayrı şirkətlərdir. Grandmart 2024-cü ilin oktyabrında 32 filialla göstərilirdi, 2026-cı ilin aprelində isə “10-dan çox” filial yazılır. Bolmart üçün rəqəm 2024-cü ilin oktyabrından 2025-ci ilin oktyabrına 45-dən “20-dən çox”a düşüb, amma şirkət rəhbərliyi mağazaların bağlanmasının gündəmdə olmadığını bildirib. Bu rəqəmlər fərqli mənbələrdəndir, onları dəqiq ölçü yox, istiqamət kimi oxumaq lazımdır.

Digər oyunçular

Rahat 100-cü filialını Rahat Gourmet formatında Crescent Mall-da açıb: 3 500 m² və ölkədə ilk öz-özünə xidmət kassaları. Neptun 2025-ci ildə rəqəmsal Neptun Fayda kartını Apple və Google Wallet-ə gətirib. KingsMart Sahil və Hövsanda yeni filiallara hazırlaşır.

2025–2026: əsas hadisələr

Pərakəndənin 2025–2026 təqvimi
  1. Yanvar 2025 · Bazarstore

    Ağdaşda 99-cu mağaza. 62 mağaza Bakı, Abşeron və Sumqayıtda, 37 mağaza digər şəhər və rayonlarda.

  2. İyun 2025 · Bravo

    İlk BRAVO PREMIUM mağazası (Sea Breeze): Avropa brendləri birbaşa idxalla.

  3. Dekabr 2025 · Bravo

    BRAVO ONLINE və mobil tətbiq, təxminən 200 yeni öz brend məhsulu. İl 145 mağaza ilə bağlanıb.

  4. Mart–aprel 2026 · Bazarstore

    Gəncədə 8-ci, Şəkidə 3-cü mağaza.

  5. Avqust 2026 · Tamstore

    100-cü mağaza (Binəqədi). 28 mağaza regionlarda, 2 mağaza Naxçıvanda.

  6. Sentyabr 2026 · Araz

    PalmPay ilə ovucla ödəniş 5 mağazada, müştəri kartı Apple və Google Wallet-də, korporativ hədiyyə kartları.

  7. Oktyabr 2026 · Araz

    APACK qablaşdırma müəssisəsi: 4 800 m², 52 əməkdaş — şəkər, paxlalılar, quru meyvə və qoz-fındıq.

Mənbələr: FED.az, 28.01.2025, FED.az, 05.06.2025, Report.az, 24.12.2025, Marja.az, 17.03.2026, Marja.az, 27.04.2026, Trend, 26.08.2026, Araz, 17.09.2026, Araz, 23.10.2026, Araz, 15.09.2026, Araz, 18.09.2026

Marketoloq üçün 5 nəticə

  1. Regionlar açılır. Tamstore-un 28 regional mağazası, Bazarstore-un Gəncə, Şəki, Beyləqan və Ağdaş açılışları göstərir ki, şəbəkələr Bakıdan kənara çıxır. Region aktivasiyaları və regional promo artıq ayrıca plan tələb edir.
  2. Öz brendlər rəfdə yer tutur. Araz 1 000-dən çox, Bravo 2025-ci ildə təxminən 200 yeni öz brend məhsulu ilə gəlir. İstehsalçı brendləri rəf üçün artıq yalnız bir-biri ilə deyil, şəbəkənin öz brendi ilə də yarışır.
  3. Qeyri-qida büdcəni yeyir. Qeyri-qida qidadan təxminən beş dəfə sürətli böyüyür. Bu, qida brendləri üçün qiymət həssaslığının və promo təzyiqinin davam edəcəyi deməkdir.
  4. Loyallıq rəqəmsallaşır. Wallet kartları (Araz, Neptun), tətbiqlər (BRAVO ONLINE, OBA Plus) və ovucla ödəniş şəbəkələrə alıcı haqqında data verir. Bu data ilə brendlərə hədəfli promo təklif etmək növbəti addımdır.
  5. Bazar iki qütbə ayrılır. Bir tərəfdə Bravo Premium və Rahat Gourmet, digər tərəfdə AL Market diskaunteri və OBA-nın yaxın məsafə formatı. Orta seqmentdə qalan şəbəkələr üçün təzyiq artacaq.

Hesabat 2026-cı ilin yanvar–avqust rəqəmlərinə əsaslanır. Azstat yanvar–sentyabr məlumatlarını açıqlayanda və il yekunları çıxanda yenilənəcək.

Oxşar yazılar