Timeline.azMarketinq, HR və biznes xidmətləri
Platforma haqqında

Marketinq, HR və biznes xidmətlərini bir yerdə tapın

Timeline.az agentlikləri, vendorları, frilanserləri, avadanlıq kirayəsini və tədbir məkanlarını ölkə, şəhər və xidmət növünə görə bir yerə toplayır.

Platformada nə var
  • Kataloq — vendorlar, agentliklər, frilanserlər, avadanlıq kirayəsi və tədbir məkanları; ölkə, şəhər və rayon üzrə.
  • Agentlik tap — komanda ölçüsü, minimum büdcə, sektor təcrübəsi və portfolio ilə agentlik seçimi; brief göndərmək.
  • Tenderlər — 100 ədəd loqolu fincandan saatlıq promoutera qədər sifariş verin, təklifləri müqayisə edin.
  • Vakansiyalar — yalnız korporativ e-poçtu təsdiqlənmiş işəgötürənlərdən.
  • Rəhbərlər, lent və bilik — AZ, RU və TR dillərində məqalələr.
Nişanlar nə deməkdir
  • ✓Təsdiqlənib — şirkətin VÖEN-i və hüquqi statusu yoxlanılıb; fərdi mütəxəssisdə əlaqə nömrəsi yoxlanılıb.
  • –Təsdiqlənməyib — profil açıq mənbələrdən əlavə olunub və ya hələ yoxlanılmayıb.
  • ✓Timeline seçimi — platforma komandasının şəxsən yoxladığı və ya işlədiyi vendor.
  • ✓WhatsApp və Waze — düymələrin yanında ✓ varsa, nömrə və ünvan ayrıca yoxlanılıb.
  • ✓VIP və Premium — ödənişli yerləşdirmədir; siyahıda yuxarıda göstərilir və həmişə nişanla qeyd olunur.
Qeydiyyat qaydaları
  • Şirkət hesabı yalnız korporativ e-poçtla açılır (ad@sirketiniz.az). Korporativ e-poçtunuz yoxdursa, bimail.az ilə domeninizə uyğun e-poçt aça bilərsiniz.
  • Kataloqda şirkətiniz artıq varsa, profilə sahiblik tələb edin. E-poçt domeniniz saytınızla eynidirsə, profil dərhal hesabınıza bağlanır.
  • Fərdi mütəxəssislər profillərini özləri açır — platforma heç kimin adını icazəsiz əlavə etmir.
  • Bir hesab bir profilə yalnız bir rəy yaza bilər; şirkət öz profilinə rəy yaza bilməz.